Notice: Function _load_textdomain_just_in_time was called incorrectly. Translation loading for the nano domain was triggered too early. This is usually an indicator for some code in the plugin or theme running too early. Translations should be loaded at the init action or later. Please see Debugging in WordPress for more information. (This message was added in version 6.7.0.) in /home/uvertura/public_html/wp-includes/functions.php on line 6114
Pantomim teatrının yaradıcısı və bədii rəhbərinin doğum günü qeyd edilib – Uvertura.az
Sammy Sins official pornstar page https://pornlux.com/pornstar/sammy-sins. https://apotekdansk.com/ https://farmaciamillefolia.ro/

Tangiers Casino offers an unbeatable gaming experience! Dive into the thrill at Tangiers Casino, where endless fun awaits. With countless games and amazing bonuses, Tangiers Casino is your number one destination. Don't miss out on the excitement

Все новые игроки которые используют промокод 1вин при регистрации аккаунта получают приветственный бонус 500% до 200 000 рублей. Новые игроки получают от 1xbet поощрение – бонус при регистрации. Просто используйте промокод 1xbet и вы получите бонус 100% до 32500 рублей. Entrez le code promo 1xbet bénin un bonus VIP pour parier sur le sport de 169000 XOF ou pour le casino de 1950€ + 150 Tours Gratuits. https://bet-andreas-az.com/ https://bunafarmacie.ro/
Mədəniyyət Teatr Yazarlar

Pantomim teatrının yaradıcısı və bədii rəhbərinin doğum günü qeyd edilib

İyulun 13-də Xalq artisti, Pantomim teatrının yaradıcısı və bədii rəhbəri Bəxtiyar Xanızadənin doğum günü qeyd edilib.

Uvertura.az xəbər verir ki, Bəxtiyar Xanızadə Bakının Şağan kəndində anadan olub. 1978-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dram teatrı və kino aktyoru fakültəsini, 1987-ci ildə isə Sankt-Peterburq Dövlət Teatr, Musiqi və Kinematoqrafiya Akademiyasının səhnə hərəkəti üzrə aspiranturasını bitirib. Azərbaycan SSR Əməkdar Artisti Hamlet Xanızadənin qardaşı oğludur.

1978-ci ildə Gəncə Dövlət Dram Teatrında, 1981 – 1982-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutunun Tədris teatrında, 1982–1983-cü illərdə Azərbaycanfilm kinostudiyasında aktyor, 1983-cü ildə İncəsənət İnstitutunda müəllim işləyib. 1994-cü ildə Bəxtiyar Xanızadəyə “Səhnə hərəkəti və xoreoqrafiya sənəti” kafedrasının dosenti elmi adı verilib.

16 may 1994-cü ildə dərs dediyi bir qrup tələbələrə Respublikanın Mədəniyyət Naziri Polad Bülbüloğlunun əmrinə əsasən Azərbaycanda “Dəli yığıncağı” adlı ilk Pantomima teatr studiyası yaradıb. O, “Aktyorun plastik mədəniyyətinin tərbiyəsində UŞU – əlbəyaxa döyüş növünün əhəmiyyəti”(1991), “Budda rahiblərinin 18 döyüş üsuluna dair metodik və praktiki çalışmalar” (1992), “Aktyorun plastik tərbiyəsində məkan və zaman baxımından hərəkət dəqiqliyinin əhəmiyyəti” (1993) adlı elmi əsərlərin müəllifidir.

Eyni zamanda aktyor “Bayraqdarlar”, “Kvaksafon”, “Samurayın ölümü”, “Eşq”, “Zibillik pərvanələri”, “Kölgə” adlı ilk Azərbaycan pantomima pyeslərinin müəllifidir.

2000-ci il 6 mart tarixində “Dəli yığıncağı” Pantomima teatr-studiyasına Dövlət statusu verilib.  Bəxtiyar Xanızadə həmin vaxtdan teatrın bədii rəhbəri və direktoru, 2006-cı il yanvarın 12-dən isə Dövlət Pantomima Teatrında bədii rəhbər vəzifəsində işləyir.

Bəxtiyar Xanızadə Ə. Atakişiyev “Qərib cinlər diyarında” – (Qərib), O. Mirqasımov “Ovsunçu” – (Rəsul), R. Həsənoğlu “Hüseyn Cavid” – (A. M. Şərifzadə) filmlərində çəkilmişdir. O, Ramiz Həsənoğlunun “Fatehlərin divanı”, “Nigarançılıq”, “Dədə-Qorqud” tamaşalarına plastik həll üzrə rejissor kimi quruluş vermişdir.

Dövlət Pantomima teatrında quruluş verdiyi tamaşalar: Bəxtiyar Xanızadə “Nağaraçılar”, “Pantomima buketi”, Slavomir Mrojek “Karol xofu”, Məhəmməd Füzuli “Gəldim ki, olam ğəmin hərifi” (“Leyli və Məcnun” poemasının motivləri əsasında), Əbdürrəhimbəy Haqverdiyev “Kimdir müqəssir?”, Şeyx Əttar Nişapuri “Uçuş” – (plastik həlli üzrə rejissor), Çingiz Aytmatov “Manqurt”, Mehman Musabəyov “Şəngül, Şüngül, Məngül”, Bəxtiyar Xanızadə “Şərqə səyahət”, Üzeyir bəy Hacıbəyov “Dulusçu” (“Biz nə tövr iş görürük?” fleytonu əsasında), Bəxtiyar Xanızadə “Zibillik pərvanələri” , “Bayraqdarlar”, “Samurayın ölümü”, “Kvaksafon”, “Eşq” (V. Şekspirin sonetləri əsasında plastik düşüncə), “Asılqan”, “Kölgə”, Z. Zeynalov “Maska”, Antuan dö Sent Eqzüperi “Balaca Şahzadə”, R. Akutaqava “Kesa və Morito”, Özel Arabul “Foto Bahar”.

2000-ci ildə Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi fəxri adına,  2013-cü ildə isə xalq artisti adına və müxtəlif illərdə Prezident Mükafatına layiq görülüb.

Gənc yaşlarından taleyini, ömrünü teatra bağlayan Bəxtiyar muəllimə möhkəm can sağlığı və bundan sonrada həyat və sənət enerjisi ilə dolu uzun bir ömür arzulayırıq.

You may also like