Mayın 22-də internetdə Artırılmış Reallıqdan (AR) istifadə edilməklə saxta foto yaradılıb. Fotodan isə belə anlaşılır ki, ABŞ-da, “Pentaqon”un yaxınlığında partlayış baş verib.
Uvertüra.az NBC News TV-yə istinadən xəbər verir ki, daha sonra fotonu diqqətlə analiz etdikdən sonra onun saxta olduğu anlaşılıb.
Ancaq fotonun saxta, yoxsa real olduğunu aşkar edənə qədər isə maliyyə bazarlarında ciddi dəyişiklik baş verib, söhbət isə dəqiqələrdən gedir. “Pentaqon”dan edilən açıqlamaya əsasən isə bildirilib ki, jurnalistlər hadisəni paylaşmamışdan öncə diqqətli olmalı və onun arxasında dayanan faktı araşdırmalıdırlar. Ancaq maraqlısı budur ki, foto “Twitter” sosial şəbəkəsində “mavi tık” işarəsi altında paylaşılıb və “Bloomberg News” olduğunu iddia edib.
Qeyd edək ki, Elon Musk şirkəti aldıqdan sonra “mavi tık”ı əldə etmək olduqca sadədir və ayda sadəcə 8 dollar ödəniş etmək kifayətdir.