Pişiklərin çıxardığı “miyov” səsi yalnız insanlara qarşı olan bir səsdir. Bəs bu səsi bizim üçün xüsusi edən nədir? Gəlin bunu elm işığı ilə izah edək.
Uvertura.az xəbər verir ki, Pişiklər bədən dili və ya fısıltı və mırıltı kimi səslər vasitəsilə bir-biri ilə və ya digər heyvanlarla ünsiyyət qurarkən insanlara “miyov” deyirlər. Bu miyavlamanın insanlara xas bir səs olmasının bir çox təəccüblü səbəbləri var və bu, əsrlər boyu pişiklərlə əlaqəmizin nümunəsidir.
Təkamül prosesində heyvanlar həm ətraf mühit şəraitinə, həm də sosial quruluşa görə səslərini inkişaf etdirmişlər. Yoldaş tapmaq, ərazilərini qorumaq, sosial münasibətləri inkişaf etdirmək, təhlükə xəbərdarlığı… Bütün bunlar bu səslərin formalaşmasında təsirli olub. Pişiklərin miyavlaması da onlardan biridir.
2009-cu ildə Current Biology jurnalında dərc edilən bir araşdırmada, istək və ya təcili miyovların, insan körpələrinin ağlama səsinə bənzər 300-600 Hz frekansda olduğu aşkar edilmişdir. Bu səs frekansı qulaqlarımız üçün diqqətəlayiq frekansdır və buna qarşı xüsusi həssaslığımız var.
Bilirsiniz, xüsusən də evinizdə pişik bəsləyirsinizsə, pişiklər yemək və ya su istəmək kimi bir xahişi miyavlayırlarsa, digər miyovlardan fərqli olaraq vızıltı və titrəyiş səsi çıxarırlar. Yəni körpənin ağlaması ilə müqayisə oluna biləcək bir səs olduğunu söyləyə bilərik.
Pişiklərin illərdir insanların ətrafında olması və əhliləşdirilməsi bunun yolunu açdı. Pişiklər qədim cəmiyyətlərdən bəri bizimlədirlər. Bu prosesdə onların bizdən istədiklərini almaq üçün müəyyən üsullar inkişaf etdirmələri çox normaldır.
Amma başqa səbəblərdə var:
Bala pişiklər öz ehtiyaclarını analarına göstərmək üçün miyavlaya bilirlər, lakin yetkinləşdikcə digər pişiklərə qarşı miyavlamaları azalır. Pişiklərə qulluq edən insanlar olaraq, onlar bizə miyovlamağa davam edə bilərlər, çünki biz onların anaları kimi davranırıq.
Bundan əlavə, pişiklər bir çox şeyi yaxşı bacardıqları kimi bədən dilini oxumağı da yaxşı bacarırlar. Onlar bizdən istədiklərini almağın yolunun miyovdan keçdiyini təcrübə ediblər.
Bir sözlə, pişiklər bizim dilimizdə danışa bilmədiklərinə görə miyovlamanın bizimlə ünsiyyət vasitəsi olduğunu öyrənərək bu səsi inkişaf etdiriblər.