Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfiri Polad Bülbüloğlu Sankt-Peterburq Beynəlxalq Birləşmiş Mədəniyyətlər Forumunun təşkilat komitəsi və Dövlət Ermitaj Muzeyi tərəfindən təsis edilən ikinci Ermitaj Mükafatının laureatı olub.
Uvertura.az xəbər verir ki, bu barədə Rusiya Federasiyası Hökuməti sədrinin müavini Tatyana Qolikova məlumat verib.
Rusiya rəsmisi mətbuat konfransında deyib: “Xarici mədəniyyət xadimi kimi sizlərin də yaxşı tanıdığı, Sovet İttifaqının qızıl səsi, Azərbaycanın Rusiya Federasiyasındakı səfiri Polad Bülbüloğlu, Rusiya tərəfdən isə tanınmış ad Boris Yakovleviç Eyfman ikinci Ermitaj Mükafatının laureatlarıdır”.
Mükafatlandırma mərasimi sentyabrın 14-də Dövlət Ermitaj Muzeyində keçiriləcək.