Prodüser, rejissor və ssenarist Osman Sınav, “Kurtlar Vadisi”, “Ekmek Teknesi”, “Deli Yürek” kimi unudulmaz seriallara imza atan məşhur ad, ötən gün son mənzilə yola salınıb.

Uvertura.az xəbər verir ki, uzun müddət xərçəng xəstəliyi ilə mübarizə aparan və 69 yaşında dünyasını dəyişən rejissor üçün Atatürk Mədəniyyət Mərkəzində (AKM) vida mərasimi təşkil edilib.

Dəfn mərasimində “Kurtlar Vadisi” serialının “Polat” obrazını canlandıran Necati Şaşmaz, “Çakır” rolunda olan Oktay Kaynarca, eləcə də Gürkan Uygun, Kenan İmirzalıoğlu, Selçuk Yöntem, İbrahim Çelikkol, Mehmet Aslantuğ və digər tanınmış simalar iştirak edib.

You may also like