Mədəniyyət Nazirliyinin dəstəyi, Azərbaycan Respublikası Kino Agentliyi (ARKA) və Azərbaycan Prodüserlər Gildiyasının təşkilatçılığı ilə “Prodüserlərin inkişaf təlimi” adlı proqram həyata keçiriləcək.
Uvertura.az xəbər verir ki, təlimlər Avropanın tanınmış prodüserlərindən professor Martin Hagemannın (Almaniya) rəhbərliyi və Titus Kreyenberqin iştirakı təşkil olunacaq. Oktyabrın 9-da başlayan təlim 8 həftə davam edəcək.