Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Kino Agentliyinin (ARKA) ötən il təşkil etdiyi film layihələri müsabiqəsinin qalib işlərinin çəkilişləri həyata keçirilir.
Uvertura.az Azərtaca istinadən xəbər verir ki, ARKA-nın maliyyə dəstəyi ilə müsabiqənin qaliblərindən olan “Borc” bədii filminin çəkilişləri başlanır.
Bakı Media Mərkəzinin istehsal edəcəyi filmin rejissoru və prodüseri Orman Əliyev, ssenari müəllifi İsmayıl İmandır. 90 dəqiqəlik tammetrajlı bədii film 44 günlük Vətən müharibəsində Qələbəyə həsr olunub.
“Borc” filmi Orman Əliyevin rejissor kimi bədii kinoda debütüdür.