Notice: Function _load_textdomain_just_in_time was called incorrectly. Translation loading for the nano domain was triggered too early. This is usually an indicator for some code in the plugin or theme running too early. Translations should be loaded at the init action or later. Please see Debugging in WordPress for more information. (This message was added in version 6.7.0.) in /home/uvertura/public_html/wp-includes/functions.php on line 6114
Qoxuların simfoniyası – Ülvi BABASOY – Uvertura.az
Sammy Sins official pornstar page https://pornlux.com/pornstar/sammy-sins. https://apotekdansk.com/ https://farmaciamillefolia.ro/

Tangiers Casino offers an unbeatable gaming experience! Dive into the thrill at Tangiers Casino, where endless fun awaits. With countless games and amazing bonuses, Tangiers Casino is your number one destination. Don't miss out on the excitement

Все новые игроки которые используют промокод 1вин при регистрации аккаунта получают приветственный бонус 500% до 200 000 рублей. Новые игроки получают от 1xbet поощрение – бонус при регистрации. Просто используйте промокод 1xbet и вы получите бонус 100% до 32500 рублей. Entrez le code promo 1xbet bénin un bonus VIP pour parier sur le sport de 169000 XOF ou pour le casino de 1950€ + 150 Tours Gratuits. https://bet-andreas-az.com/ https://bunafarmacie.ro/
Ədəbiyyat

Qoxuların simfoniyası – Ülvi BABASOY

“Çuğundurdan öyrənməli olduğumuz əsas şey budur. İnsan yanağındakı ilahi rəngdən, içindəki təbii çəhrayılıqdan bərk-bərk yapışmalıdır. Əks halda qəhvəyi rəngə çevrilə bilər”.

Tom Robbins “Parfümün rəqsi”

“Bir uşağın meşədə otları və yemək istədiyi şeyləri qoxlayaraq tapdığına şahid olurlar. Daha sonra həmin uşaq cəmiyyət içinə çıxarılır.

Uşaq müxtəlif qidalara öyrəşdikdən sonra qoxubilmə qabiliyyətini itirir”.

Albrext fon Haller

Günəş Qızın bədənindən portağal çiçəyi ilə jasminin qoxuları ətrafa yayılır. Bu qoxulardan sonra ona aşiq olmamaq ixtiyarım xaricindədir. Bu hal hedonizm və ya qoxuya, həzzə olan düşkünlük deyil. Eşqin qoxusudur. Burnum portağal çiçəyi ilə jasminin qoxularına öyrəşər-öyrəşməz doqquzdonun doqquzqatlı bihuşedici qoxularına əsir oluram. Beyin və ürəyin əsarəti eyni anda baş verir. Doqquzdonun qoxusu açıldıqca gözlərimi yumub, həmin qoxu çalarlarını içimə çəkirəm. Bu anda qoxunun hökmranlığı, əsarəti başlayır. Mənim bədənimdən yayılan Səhləb çiçəyinin qoxusu ləzzətli, dadlı yasəmənlə rəqs edərkən, onun bütün bədəni titrəyir və ən məhrəm hal yaranır. Gözləri yumulur.

Saçlarından darçının portağal çiçəyinə qarışaraq açılan tünd qoxusu yayılır. Onun pozitiv gözəlliyi qoxunun və bitkilərin canlılığını birləşdirir. Nəfəsi isə ağlasığmaz dərəcədə təravətlidir, açıq və təmiz havanın qoxuya olan həssaslığını ötürür. Onun nəfəsini ağzımda saxlamaq bacarığımın sonsuz olmağını arzulayıram.

O olduğu məkanları tərk etdikdən sonra getdikcə səngiyən, amma tamamilə yox olmayan qəribə qoxular yaranır. Lavanda, cökə, kəklikotu kimi bitkilərin buraxdığı qalıcı qoxu çalarlarıdır bu. Onun gəlişi də, gedişi də havaya balzamlı qoxu yayır ki, gözlər işıqlanır, ciyərlər genişlənir.

Günəş Qızın qoxusu, hətta donmuş duyğuların donunu açır, hərəkətləndirir, hissləri diri saxlayır. Bəs hansı hiss və duğuları yaradır? Bu suala cavab vermək çətindir, çox çətindir. Çünki hər dəfə yeni bir duyğu axtarışına, keçidinə səbəb olur. Həmin axtarışlar onun qoxusunun və ya o geniş, möhtəşəm qoxu antologiyasının çoxqoxulu çalarlarını kəşf etməyə bəs etmir. Çünki qoxu bir tablodur, gözəllikdir, peyzajdır. Qoxunun görünüşü və səsi də var.

Necə ki bir bağa girəndə oradakı bitkilərin, güllərin, çiçəklərin zərifliyi göz oxşayır. Bitkilər və çiçəklərin xoş qoxusunu alan qoxu duyğusu havanın motivasiyası ilə daha da ruhlanır. Günəş Qızın gözəlliyi isə dalğa impulslarına pozitiv ovqat yükləyir.  Ki, burada forma və məzmun tamamlanır. Vizual əlaqə qoxuyla qovuşanda bütövləşir. Onun da gözəlliyi ilə qoxusu uyumlu və harmonikdir. Əlbəttə ki, duyğuların iyerarxiyası var. Qoxu görmək, toxunmaq, eşitmək və hiss etməkdən sonra gəlir. Ancaq təsir dairəsi bəzən onları üstələyir. Hətta ədəbiyyatda təbiət səhnələrində istifadə edilən sözlərin çoxu qoxu ilə bağlıdır.  Axı qoxunu gizlətmək olmur. Günəş Qızın səsi, toxunuşu, görünüşü və dadı qoxusu ilə uzlaşır.

Qoxusu və parfümü arasındakı dərin əlaqə də heyrətamizdir. Onun parfümündə nərgizin minor notları qabarıqdır. Zanbaq və qırmızı bibərin major hökmranlığına berqamot və şaftalının soyuq və isti izdivacı qarışır. Müşkün yosunla qarışımı isə qoltuq altlarının turşməzə dadı ilə birləşir. Onun bədənin qoxusu ilə parfümü olduqca zərif uyum və duyum içindədilər. Parfümü duyğu və hisslərin hərəkətini sürətləndirir. Bir insanın sevgi dolu xatirələrini ən çox yada salan qoxudur. Hətta buna xatirə demək yanlışdır. Çünki həmin hadisə və an qoxu ilə canlanır və indiki ana yığılır. Sevilən məkanlar, həsrəti çəkilən anlar, ürəkdə dərin izlər buraxan olaylar, beyində, yaddaşda itməkdə olan situasiyalar qoxu ilə dirildilir. Onun bədənindən yayılan doqquzqatlı doqquzdonun notlarındakı sərinliklə qırmızı bibərin sərtliyi, qızdırmalı təsiri yaşadığım hər anımı indiki zamana calayır. İstədiyim an onunla, qoxusuylayam.

Onun bədəni yazın qoxusunu xatırladır. Təkcə yada salmır, bədənindəki dərin bənövşə ətri və cökənin minor notları həmin həyəcanı yenidən, dönə-dönə yaşadır. Bəzən tam xatırlamıram ki, hansı orqanından gəlir bu qoxu. Qarışdırıram. Çünki qoxuların simfoniyasında azıram. Amma o qoxuları aldıqda xoşbəxt oluram. Ondan yayılan anlıq, fani qoxular əbədiləşir. Çünki o zaman ölüm qorxusu adiləşir, heç nə ifadə etmir. Onun parfümü Nərgizin qoxu çalarlarını elə yayır ki, öz mənliyimi tapıram. Ətrini içimə çəkdikcə anlayıram ki, onun major və minor qoxuları mənimçün yaradılıb. Başım gicəllənir və həyatı daha gözəl, dərin və səmimi yaşamaq eşqi yaranır qəlbimdə. Onun qoxusu məndə var olduqca xoşbəxtəm. İçimdə gizli bir istək, ehtirasdır o. Bu ehtiras bəzən təzə-tər otların arasından aram-aram yayılan bənövşənin qoxusu kimidir.

Qoxu estetikası ədəbiyyatda da həmişə aparıcı olub. Hər bir sözün, ifadənin qoxu və dadından tutmuş, ta ki, predmeti qoxu olan mətnlərəcən… Ernest Teodor

Amadey Hofmannın “Skuderiyalı xanım” əsərində seriya cinayətlər baş verir. Olivye adlı gənc oğlan həbs edilir. Olivye gerçək qatil Rene Kardilakın qızı Madelona aşiqdir. Buna görə də Kardilakın cinayətinə şahid olsa da, sevgilisinə, daha doğrusu, Kardilakın qızını ona verməsinə dair sözünə görə susur.  Rene Kardilak qəribə sənət əsərləri yaradır və satır.  Satdığı sənət əsərlərini yenidən oğurlayır. Çünki həmin sənət əsərlərinə aşiqdir. Həmçinin həmin şəxsləri öldürür. Qəfildən özümüzü Aqata Kristinin romanlarında və ya Alfred Hiçkokun filmlərində tapırıq, sanki. Şəxsiyyətin dəyişilmə prosesi ilə üzləşirik. Züskindin “Parfümer” romanının qəhrəmanı Jan-Batist-Qrenuy da qoxu ilə özünü yaratmağa çalışır. Çünki bir qoxusu və cəmiyyət içində kimliyi yoxdur. Lakin düzəltdiyi ətirlərlə bir qoxuya, şəxsiyyətə “sahib olur”. Hətta qatil olması da, Hofmannın qəhrəmanında olduğu kimidir.

Züskind bu baxımdan öz “üslubu olmayan” yazıçıdır. Klassik, romantik alman ədəbiyyatında antropoloji və estetik qazıntı işləri aparır. Mövcud olan üslublarla öz üslubunu yaradır. Patrik Züskindin “Parfümer” romanında hipertekstual əlaqə var. Romantik alman ədəbiyyatının performasiyasıdır bu roman. Həm də şablon mətndir. Pastiş, parodiya, metatekstuallıq olduqca gizlidir. XVIII əsrdə Fransada maarifçilik günəşi doğur. Doğrudan? Maarifçilik monarxiyanı dəstəkləyir axı. XIX əsrdə isə Paris mədəniyyətin paytaxtıdır. Almandilli yazıçı Züskind isə Almaniyanı deyil, Fransanı romanının mərkəzi seçir. Maarifçilik metatəhkiyələrlə tənqid olunur. Qrenuy maarifçilik və xristianlığın işığında qaranlıq kimi dünyaya gəlir. Bic doğulur. Atası yoxdur. Anası isə oğlundan imtina edir. Qrenuydan əvvəlki doğumlarında da elə etmişdi. Uşaqlar ölü doğulmuşdu və bir zibil kimi kənara atmışdı. Ancaq Qrenuy ağlamaqla hər kəsi öz varlığından xəbərdar edir. Övladını atmaq istəyən ana məhkəməyə çıxarılır və ölüm hökmü verilir. Qrenuy anasını ölümə göndərir. Orestvari hekayədir bu. Əri Aqamemnonu öldürən Klitemnestra oğlu tərəfindən qətlə yetirilir. Qrenuyda isə qəribə bir lənət var. Ondan kim ayrılsa, ölür. Qrenuy Edipin gözləri oyulmuş versiyası deyil, bir növ xədim formasıdır. İctimai və ailəvi kimliyi yoxdur. Ədəbiyyat tarixində fərdilikdən imtinadır Qrenuy. Öz kimliyi olmasa da, istənilən qoxu və şəxsiyyəti təmsil edən, ümumiləşdirən, amorflaşdıran virtual və saxta bir obrazdır. Niyə virtual? Bu günün dili ilə desək, sosial şəbəkələrdəki saxta hesablar və şəxslərə bənzəyir. Bir sözlə, Qrenuy Layı deyil, İokastanı öldürür. Məhz bu məqamda “Parfümer” romanı mifik və tarixi yaddaşın, Qərb ədəbiyyatının korpusudur.

Qrenuyun fərdi kimliyi ola bilməz. Artıq modernizmlə fərdilik zəifləyir. Görünən fərdi kimliklər isə dizayn edilir. Necə təqdim olunursansa, elə görünürsən. Qrenuy öldürdyü qızların bədənlərindəki qoxu ilə özünü yaratmağa, dizayn etməyə çalışır. Biologiya olduqca bərabər görür hər kəsi və hər şeyi. Loqosentrik tanrı anlayışı mifosentrik çağa qaytarır bizi. Bunu edən qoxuların simfoniyasıdır. Həmin simfoniya fərqli versiyalar yaradır. Digər duyğu üzvlərinin iyerarxik ağalığını alt-üst edir. Pozitivist düşüncəyə qarşı metatəhkiyələr “meşəsidir” “Parfümer” romanı. Gözümlə görüb, əlimlə toxunduğuma inanıram? Bəs gördüklərimiz bir ilğım və illüziyadan ibarətdirsə? Eşitdiyimiz səslər, gördüyümüz gözəlliklər, toxunduğumuz natura, daddığımız ləzzətlərin və bəlkə də, narsist, faşist düşüncələrin iyerarxiyası dağıdılır. Qoxudan əsla qaça və qurtula bilmərik. Gizlətmək də olmur. Romanın final səhnəsində Qrenuyun hissələrə bölünməsi, dizayn edilən mənliyinin parçalanması “Tragediyanın doğuşu”nu xatırladır. Qatil oğulun işgəncəylə ölümü Qrenuyun sonundan nə ilə fərqlənir? Hər kəs öz kimliyinin qoxusu ilə bir tragediyaya məhkumdurmu? Tragediya niyə insanlığın alın yazısıdır? Bu mozaxistcə faciə düşkünlüyü əbədi olaraq davam edəcəkmi?

Damians 2 mart 1757-ci ildə Paris kilsəsinin ümumi giriş qapısının qarşısında günahını hamının qabağında etiraf etməyə məhkum edilmişdi, oraya əlində iki funt ağırlığında yanan bir məşəl tutaraq, üzərində köynəkdən başqa heç nə geyinməyərək, ikitəkərli bir yük arabasında aparılacaqdı, sonra eyni yük arabası ilə Qreve meydanına gətiriləcək və burada qurulmuş dar ağacına çıxarılaraq döşləri, qolları, ombaları və baldırları qızdırılmış kəlbətinlərlə dartılacaq, atasını öldürdüyü bıçağı sağ əlində tutacaq və kəlbətinlə dartılan yerlərinə ərimiş qurğuşun, qaynar yağ, qaynar kanifol və birgə əridilmiş mum və kükürd töküləcək, sonra da bədəni dörd ata bağlanaraq parçalanacaq və cəsədi odda yandırılacaq, kül halına gətiriləcək və bu küllər küləklə sovrulacaqdı.

Atların hər biri bir cəlladın idarəsində olmaq üzrə orqanları özlərinə doğru bir dəfə çəkdilər. On beş dəqiqə sonra eyni mərasim təkrarlandı və dəfələrlə təkrarlanan bu cəhdlərdən sonra, nəhayət, atlar hərəkətə gəldi, yəni sağ qola bağlı olanlar başa doğru, belinə bağlı olanlar da qollara doğru çevrildi, beləcə qolları oynaq hissədən qoparıldı. Bu vəziyyət dəfələrlə uğursuz şəkildə təkrarlanmışdı. Başını qaldırır və özünə baxırdı. Belinə qoşulan atların önünə əlavə iki at da bağlamalı olmuşdular, beləcə atların sayı altıya çatırdı. Yenə də bir nəticə hasil olmadı…

Qrenuy özünü yarada bilirmi? Buna tam cavab verə bilməyəcəm. Çünki bu an yeni bir tragediya doğulur. Romanı iki cür oxumaq olar: kütləvi və elitar sənət kontekstində. Kütləvi oxucu Qrenuya heyrandır. Necə də qəribə bir iş görür, qızları öldürüb ətir düzəldir. Bu yol narsizmdən fazişm və despotizmə qədər uzanır. Züskind ironiyası işə düşür. “Sizi bir qatilə, caniyə heyran etdim” – deyir. Elitar oxucu isə Antik yunan və klassik Avropa (alman) ədəbiyyatının arxefakt və arxetiplərlə zəngin transformasiyasını görür və duyur. Amerikan ədəbiyyat tənqidçisi Lesli Fidlerin elitarlıq və kütləvilik arasında qazdığı xəndəkləri, boşluqları “Parfümer” romanı doldurur.

Qadının dişləri gözəl olmalı, bəyaz olmalı, ölçülü olmalı, yəni kiçik olmamalı, qərarında olmalı: Günəş Qızda elədir. Saç, qaş, kirpik və göz harmoniya yaratmalı: bunu Günəş Qız dünyaya saçıb, bütün qadınların hamısından fərqli…

Onun dərisinin rəngi, diş, dırnaq və gözləri nizam və səhman verir bütün bədənə. Yanaq, dodaq, diş əti və dili (dilini xüsusi gülüşündə görmüşəm) allığın fərqli tonları ilə gözəllik duyumu yaradırlar. Qaşı, gözü, sinəsi və göbəyi bir-birinə qohumdurlar. Geniş və dardırlar… Burnu, qulağı, qoltuqları və qollarında zərrəcə nizamsızlıq yoxdur. Güclü  bir xarizma var… Sinəsi və dizi, beli və omuzları bir-biri ilə rəqs edən cütlük misalı… Burnu ağzına, ayağı əlinə uyğun simmetriyada zərif və asildir… Səsi də, beli də, görünüşü də bədənə uyğun bir incəlik və plastikada… Əxlaqı və gözəlliyi onu dünyanın ən gözəl qadını etmişdir.

Bu, eynilə sənin Günəşində də belə idi… gözlərini yumub uçub getmək istəyirdi. Ki, xoşbəxtliyini heç kəs görməsin… Bitməsin o an yaşanan o gözəllik…

Essemizin xəyali qəhrəmanı Günəş Qız Qrenuydan fərqlidir. Gözəlliyinin qoxusu ilə adamı katarsisə, böyük təmizlənmə prosesinə çağırır. Onun bədəni və ruhunun bənzərsiz, nadir qoxusu məni yenidən yaradır, dizayn edir. Bədənim və ruhumdakı miasmaları Nərgiz parfümlərinə çevirir. Günəş Qızla Çoban Ulduzu həyatlarını bir təcrübə kimi (Görək, alınırmı? Bəlkə, alındı. “Yoxlayaq da” janrında) yaşamaqdan imtina edirlər. Tom Robbinsin “Parfümün rəqsi” romanının aşiq qəhrəmanları Alobar ilə Kudra kimi ölümü belə öldürürlər.

You may also like