Mədəniyyət Nazirliyi Ümummilli Lider Heydər Əliyevin 100, Azərbaycan peşəkar milli teatrının yaranmasının 150 illiyinə həsr edilmiş silsilə tədbirlər çərçivəsində iyun ayı üçün regionlara təşkil olunan qastrol səfərlərinə start verir.
Nazirlikdən Uvertura.az-a bildirilib ki, bu çərçivədə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Teatr sənəti” fakültəsinin tələbələri iyunun 17-də Şəki Dövlət Dram Teatrında Branislav Nuşiçin “Nazirin xanımı” adlı diplom tamaşası ilə çıxış edəcəklər.