Amerikalı aktyor Robert De Niro 79 yaşında 7-ci dəfə ata olub. Uvertüra.az xəbər verir ki, çərşənbə günü verdiyi müsahibəsində növbəti dəfə ata olduğunu təsdiq etməsi ilə hamını təəccübləndirib.
Maraqlısıdır ki, ET Canada-nın aparıcısı Brittnee Blair onunla söhbəti zamanı bildirib ki, “Mən bilirəm ki, sənin 6 uşağın var”. Aktyor isə onun sözündə düzəliş edərək əlavə edib ki, “Əslində 7. Mənim 1 uşağım da var”.
Əfsanəvi “The Godfather” (Xaç atası – II) filminin baş qəhrəmanı Robert De Niro əlavə edib ki, “Hər bir valideyn kimi eyni nəsnəni deməliyəm. Uşaqlar üçün doğru olanı istəyirsən, şübhəsiz onlara faydalı olmaq istəyirsən, ancaq bəzən bu alınmır”.