Mayın 24-də “Rok ‘n’ Roll Kraliçası”, Amerikada doğulan, isveçrəli müğənni, rəqqas, aktyor Tina Turner 83 yaşında İsveçrədəki evində vəfat edib.
Uvertüra.az xəbər verir ki, o, 56 yaşında ikən Avstraliyanın “60 Dəqiqə” verilişinə müsahibəsində bildirmişdi ki, o, heç vaxt Amerikaya qayıtmağı düşünmür, həmin zaman isə Fransadakı malikanəsində yaşayırdı: “Mən hələ də Amerika üçün vergi ödəyirəm, orda bizneslərim, evim var”. Amma müsahibəsi çərçivəsində ürəyinin orada olmadığını qeyd etmişdi.
Qeyd edək ki, Tina Turner-in ilk həyat yoldaşı musiqiçi, qrup rəhbəri Ike Turner olub, onun səsini kəşf edən də elə o olub, daha sonra isə ona məşhurluq qazandıran səhnə adını (Tina Turner-i) verib. Ancaq maraqlısı budur ki, onillik ərzində davam edən münasibət heç də yaxşı olmayıb və onların aralarında problemlər yaşanıb. Ike ona fiziki şiddət göstərib, ancaq ayrıldıqdan sonra Turner məşhurluğuna məşhurluq qatıb.