Radio və Televiziya Üst Şurasının (RTÜK) həftəlik növbədənkənar iclasında monitorinq hesabatları müzakirə edilib.
Uvertura.az türk mediasına istinadən xəbər verir ki, araşdırmalar çərçivəsində “Hudutsuz Sevda”ya qadınlara qarşı zorakılıq, “Sakla Beni” serialında isə qeyri-etik dialoqlara görə inzibati cərimə kəsilib.
Xüsusilə, “Sakla Beni serialında uşaq personajlar arasındakı dialoqların tamaşaçılara əxlaqsız şəkildə çatdırılması qanun pozuntusu kimi qiymətləndirilib.
Bununla yanaşı, ötən həftələrdə müğənni Doğuşun ailə həyatı ilə bağlı məsələlərə toxunan “Didem Arslan Yılmazla Vazgeçme” adlı gündüz proqramında bir qətlin müzakirəsi zamanı yayımlanmamalı olan görüntülər və hadisə ilə bağlı edilən səmimi çıxışlar RTÜK-ün radarına düşüb.
Qanunu pozan SHOW TV-yə də yuxarı həddindən artıq inzibati cərimə kəsilib.