Şou-biznes

Rüfət Nasosnunu oxuduğu mahnıya görə cərimələdilər

Müğənni Rüfət Nasosnu maraqlı açıqlamalar verib.

Uvertura.az Big.az-a istinadən xəbər verir ki, “İncə səhər” verilişinə qonaq olan sənətçi, oxuduğu mahnıya görə cərimələndiyini etiraf edib.

O, 2013-cü ildə ifa etdiyi “Get” adlı mahnının Ahmet Enesə məxsus olduğunu və sözlərini dəyişdirərək oxuduğunu açıqlayıb.

Azərbaycanlı dinləyicilər isə müəllifin orijinal ifasını təqdim etdiyi videonun şərh bölməsində onu oğurluqda ittiham ediblər. Bu isə Rüfətin başına bəla açıb.

Türkiyəli sənətçinin komandası, meyxanaçının 3000 TL (təxminən 1500 dollar) məbləğində cərimə ödəməsini tələb edən məktub göndərib.

You may also like