2021-ci ilin oktyabrında “Rust” film setində 65 yaşlı aktyor Alec Baldwin 42 yaşlı kinematoqraf Halyna Hutchins-i tapançadan açılan atəş ilə öldürmüşdü.
Uvertüra.az NBC News TV kanalına istinadən xəbər verir ki, məsələyə yaxın mənbələrin bildirdiyinə əsasən aktyora qarşı qəsdən adam öldürmə ittihamı ilə iddialar enib və o heç bir cəza almadan həbsdən azad ediləcək.
Qeyd edək ki, rəsmi dairələr isə məsələni şərh etmək istəməyiblər, Alec-in vəkilləri isə qeyd ediblər ki, “Biz bu faciəli hadisə ilə bağlı olaraq müvafiq dəlil və faktların toplanması üçün çalışırıq. İnanırıq ki, məhkəmə ədalətli qərar verəcək”. Alec Baldwin-in növbəti məhkəməsi mayın 3-də baş tutacaq.
Əlavə edək ki, “Rust” yaxşınlaşan Amerika Qərb filmlərindən biri idi, filmin büdcəsi isə nə az, nə çox düz 6-7.3 milyon dollar nəzərdə tutulmuşdu və Alec Baldwin filmin baş qəhrəmanlarından biri idi.