Xalq artisti Ramiz Novruzun qızı Şəfəq Novruz başından əməliyyat olunub.
Uvertura.az xəbər verir ki, bu haqda tanınmış stilist özü sosial media hesabında məlumat verib.
Uzun zamandır üzündə və gözlərində olan şişkinliklə diqqət çəkən Şəfəq səhhətində narahatlıq olduğunu bildirmişdi.
O, paylaşdığı fotonun rəy bölməsinə “Bu mənim dünən çəkdirdiyim şəkildir. Çox şükür ki, beynimdeki iltihabı əməliyyat edib çıxartdıqdan sonra gözlərimin şişi də düzəlir” sözlərini qeyd edib.