Mədəniyyət

Şəki şəhərinin 2713 illiyi qeyd olunub

Azərbaycanın qədim sənət və mədəniyyət mərkəzlərindən olan Şəkidə “Şəhər günü” hər il rəngarəng bayram tədbirləri ilə qeyd olunur. Şəki şəhərinin 2713 illiyi münasibətilə iyulun 6-da “Yuxarı Karvansaray” mehmanxana kompleksində bayram tədbiri keçirilib.

Uvertura.az xəbər verir ki, “Şəhər günü”nün Şəkidə “İpək Yolu” XIV Beynəlxalq Musiqi Festivalının keçirildiyi günlərə təsadüf etməsi sakinlərin bayram sevincinə əlavə rəng qatıb.

Bayram tədbirinin iştirakçıları əvvəlcə Şəki sənətkarlarının əl işlərindən ibarət sərgilərə baxıblar.

You may also like