Mədəniyyət

Şəkili qızdan Londonda möhtəşəm qələbə

Şəki şəhər 8 saylı orta məktəbin 7-ci sinif şagirdi Ayan Əhmədzadə Böyük Britaniyanın paytaxtı Londonda keçirilən “World Talent Award” beynəlxalq müsabiqəsində fortepiano ifası üzrə yüksək nəticə göstərərək, birinci yerə layiq görülüb.

Uvertura.az-ın xəbərinə görə, Ayan Əhmədzadə həm də Şəki şəhər 3 saylı Uşaq İncəsənət Məktəbində fortepiano ixtisası üzrə musiqi təhsili alır.

You may also like