Sentyabrın 3-dən 7-dək Azərbaycan Animasiya Assosiasiyasının təşkilatçılığı ilə Bakıda, Nizami Kino Mərkəzində 8-ci ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı keçiriləcək.
Assosiasiyadan Uvertura.az-a bildirilib ki, bu il festivala 62 ölkədən 317 film daxil olub. Seçim komissiyası bütün filmləri dəyərləndirərək, müsabiqə şərtlərinə uyğun gələn 20 ölkədən 39 filmin müsabiqədə iştirak etməsini məqbul sayıb. Onlardan 10 film yerli, 29 film isə beynəlxalq kateqoriyalarda yarışacaqlar.