“Şərq qapısı” qəzetinə yeni baş redaktor təyin olunub.
Uvertura.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Anar İbrahimovun 26 dekabr tarixli sərəncamı ilə Sara Nurəddin qızı Əzimova “Şərq qapısı” qəzetinin baş redaktoru vəzifəsinə təyin edilib.
Qeyd edək ki, bundan öncə sözügedən qəzetin baş redaktoru Mehriban Sultanova idi. O, ötən ay vəzifədən azad edilib.