Bazar günü, yəni mayın 14-də ABŞ-da “Analar Günü” qeyd ediləcək. Bu xüsusi gün bir çox ölkələrdə müxtəlif tarixlərdə əsasən mart və may aylarında qeyd edilir. Bəzi ölkələr bu tarixi dini təqvimlə eyniləşdirir, bəzilərində isə “Analar Günü” qeyd edilməsə də əvəzində “Beynəlxalq Qadınlar Günü” keçirilir.
Uvertüra.az xəbər verir ki, ABŞ-da bu bayram isə hər il mayın ikinci bazar günü anaların şərəfinə qeyd edilməkdədir. Həmin gün 1908-ci ildə Anna Jarvis tərəfindən ərsəyə gətirilib.
Ondan öncə isə, yəni 1868-ci ildə Ann Jarvis, Anna Jarvis-in anası, “Anaların Dostluq Günü” adlı komitə təşkil edir, onun məqsədi isə “Vətəndaş Müharibə”ində bölünən ailələri yenidən bir araya gətirmək olub. Lakin Ann-ın 1905-ci ildə vəfatından dolayı, onun bu missiyasını cəmi 3 il sonra qızı Anna reallaşdırır.
Qeyd edək ki, bu özəl gündə analara əl il hazırlanmış hədiyyələr, açıqcalar və s. hədiyyə edilir.