Uvertura.az xəbər verir ki, alimlərin fikrincə bizim bədənimizdəki hər bir xalın xüsusi mənası var.
Belə ki, Çin astroloqları vücudumuzdakı xalların bizim şəxsi keyfiyyətlərimizdən xəbər verdiyini açıqlayıb.
Belə ki, onlar alında olan xallar rahatlıqdan xəbər verir. Ancaq onlar da yerinə görə müxtəlif mənalara yozula bilər. Belə ki, xalı alnının sol tərəfində olan insanlar şanssız, sağ tərəfində olanlar uğurlu münasibət qura bilən, ortada olanlar isə xoşbəxt ailə həyatına sahib şəxslərdir.
Qaşların içində xalın olması nadir rast gəlinən hallardandır. Bu xallara sahib olan insanlar ağıllı, yaradıcılıq qabiliyyəti yüksək və əksər hallarda varlı olurlar.
Burundakı xallar özgüvən göstəricisidir. Bəzi hallarda bu insanlar yüksək eqolu da ola bilir.
Yanaqda xalı olanlar əksər hallarda səmimi insanlardır. Ancaq bu şəxslər yeri gəldiyində çox açıqsözlü və cəsarətli olurlar. Üzün sağ yanağında xalı olan şəxslər ailəsini hər şeydən üstün tutur. Sol yanaqda xalı olan şəxslər isə daha çox təkəbbürlü görünürlər.
Hətta orta çağlarda, Avropada da sağ qolun üstündə xalı olan qadınların ifritə soyundan gəldiyini düşünüblər.