İyulun 1-də 9 yaşlı şahzadə George atası şahzadə William ilə birgə İngiltərə-Avstraliya kriket oyununu nümayiş etmək üçün Londonda bir yerdə görünüblər.
Uvertura.az xəbər verir ki, maraqlısı budur ki, o, oyun ərzində pizza yeyən zaman kameralara tuş gəlib. Onun seçimi isə kolbasalı pizza olub və uşaq menyusu olduğu da nəzərə çarpıb.
Qeyd edək ki, şahzadə George iyulun 22-də 10 yaşına qədəm qoyacaq və o, atasından sonra taxt-tacın növbəti varisidir. Bildirək ki, George axırıncı dəfə ata və anası ilə birgə ötən il idman tədbirlərinin birində ikən görünüb. Əlavə edək ki, onun bacısının 8, qardaşının isə cəmi 5 yaşı var.