Mayın 16-da Şahzadə Harry, keçmiş aktrisa, Şahzadə Harry-nin həyat yoldaşı Megan Markle və onun anası Doria Ragland Nyu-Yorkda “Vizyon Qadınlar” mükafatını əldə etdikdən sonra evə qayıdan zaman ölümə yaxın avtomobil qəzası ilə üz-üzə qalıblar.
Uvertüra.az xarici mətbuata istinadən xəbər verir ki, Nyu-York şəhər meri Eric Adams isə paparazzi-nin hərkətlərini məsuliyyətsiz adlandırıb.
Şəhər meri 1997-ci ildə Şahzadə Diana-nın ölümcül avtomobil qəzasını xatırlayaraq əlavə edib ki, “Fikirləşirəm ki, biz kifayət qədər məsuliyyətli olmalıyıq. Düşünürəm ki, son hadisə olduqca məsuliyyətsiz idi”. Əlavə edək ki, Şahzadə Diana və sevgilisi Dodi Fayed paparazzi-nin təqibindən uzaqlaşmaq üçün sürəti artırdıqlarına görə avtomobil qəzası törətmişdilər.