Türkiyənin qalmaqallı serialı “Şakir Paşa Ailesi: Mucizeler ve Skandallar” ın yayımının dayandırılmasından sonra daha bir addım atılıb.
Uvertura.az Türkiyə mediasınaistinadən xəbər verir ki, məhkəmənin qərarı ilə serialın bütün bölümləri YouTube platformasından silinib.
Xatırladaq ki, daha öncə ailə adından verilən açıqlamada serialın ssenarisinin həqiqətə uyğun olmadığı və ailənin reputasiyasına zərər verdiyi bildirilmişdi. Məhkəmə, ailənin nüfuzunu qorumaq məqsədilə serialın yayımının dayandırılması və yeni bölümlərin çəkilişinin qarşısının alınması barədə qərar qəbul edib.
Qeyd edək ki, serial “Now TV” kanalında yayımlanırdı.