Dünyaşöhrətli müğənni Şakira xəstəxanaya yerləşdirilib.
Uvertura.az xəbər verir ki, buna səbəb onun mədə ağrılarından ciddi şəkildə əziyyət çəkməsi olub. Nəticədə, Şakiranın Perunun Lima şəhərində fevralın 16-na planlaşdırılan konserti təxirə salınıb.
Müğənni bu barədə sosial şəbəkə hesabında da məlumat verib:
“Təəssüf ki, qarın nahiyəmdəki problem səbəbilə dünən gecə təcili yardıma getməli oldum və hazırda xəstəxanadayam. Həkimlər mənə dedilər ki, bu axşam səhnəyə çıxmağa hazır deyiləm, buna görə də çox üzgünəm. Peruda pərəstişkarlarımla yenidən görüşməyi səbirsizliklə gözləyirdim. Ümid edirəm ki, sabah daha yaxşı olacam və tezliklə xəstəxanadan çıxaraq sizin üçün hazırladığım şouyu təqdim edəcəyəm.”