Tanınmış şair Salam Sarvan əməliyyat olunub.
Uvertura.az xəbər verir ki, o, bu haqda Kulis-ə danışıb.
Nikbinliyini qoruyan S.Sarvan hər şeyin yaxşı olacağına inandığını dilə gətirib:
“Narahatlığa əsas yoxdur…”
Onun sözlərinə görə, qısa müddətlik müalicə prosesindən sonra ikinci əməliyyat baş tutacaq:
“Bacarıqlı həkimlərimiz var olsun. Bir müddətdən sonra ikinci əməliyyata girməliyəm. Hər hansı tərəddüdüm, narahatlığım yoxdur. Gümraham, həyatla doluyam!”.