Mədəniyyət

Salyanda “Milli baş geyimi və örtükləri” layihəsi çərçivəsində növbəti tədbir

“Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyi “Milli baş geyimi və örtükləri” layihəsi çərçivəsində Salyan rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemində növbəti tədbir keçirilib.

Uvertura.az Azertaca istinad edir ki, layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2025-ci il üzrə keçirdiyi kiçik qrant müsabiqəsinin qalibi olmuş və agentliyin maliyyə dəstəyi ilə reallaşıb.

Tədbirdə əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Dövlət Himni səsləndirilib.

Salyan Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin nümayəndəsi Məhərrəm Məmmədov çıxış edərək layihənin bölgə ictimaiyyəti üçün əhəmiyyətindən bəhs edib.

You may also like