Amerikalı model, aktyor Sam Asghari müğənni həyat yoldaşı Britney Spears-dən boşanması ilə bağlı səssizliyini pozub.
Uvertura.az eonline.com nəşrinə istinadən xəbər verir ki, Sam Asghari avqustun 17-də yazdığı “Instagram” postunda bununla bağlı açıqlama verib. “6 il davam edən sevgi və fədakarlıqdan sonra həyat yoldaşım və mən birlikdə olan yolculuğumuzu sonlandırmaq qərarına gəldik”.
“Biz hörmət və sevgini qoruyub saxlayacağıq. Həmişə ona ən yaxşısını arzu edirəm”.
Qeyd edək ki, daha öncə də xəbər verdiyimiz kimi xarici mətbuatda bildirilirdi ki, Asghari çərşənbə günü boşanma ilə bağlı rəsmi sənədləri doldurub.