Aktrisa Sandra Bullock-ın gənc bacısı TV siması, yazıçı Gesine Bullock Sandra-nın keçmiş partnyoru, fotoqraf və ötən həftə vəfat edən Bryan Randall haqqında danışıb. O, Bryan haqqında çox emosional olub və ölümündən təəssüfləndiyini dilə gətirib.
Uvertura.az Sky News nəşrinə istinadən xəbər verir ki, o, bildirib ki, bacısı o, vəfat etməmişdən bir neçə ay öncə necə onun qayğısına qalırdı.
Qeyd edək ki, 57 yaşlı fotoqraf Sandra Bullock ilə 2015-ci ildən münasibət qurmağa başlayıb, Bryan özünün xəstəliyini isə gizli saxlamağa üstünlük verib. Son 3 ildə nevroloji xəstəlik olan ALS-dən əziyyət çəkib. Onların uzunmüddətli münasibəti isə 2022-ci ildə sona çatıb.