Dünya Xəbərləri Şou-biznes

Sandra Bullock-ın eks partnyoru 57 yaşında vəfat edib

Məşhur amerikalı aktrisa Sandra Bullock-un eks partnyoru Bryan Randall 57 yaşında vəfat edib. 

Uvertura.az usmagazine.com-a istinadən xəbər verir ki, o, 3 il gizli davam edən nevroloji xəstəlik olan ALS-dən əziyyət çəkib. 

Qeyd edək ki, onun vəfatı ilə bağlı məlumatı ailəsi avqustun 5-də açıqlayıb. Bildirək ki, professional fotoqraf Bryan Randall ilə aktrisanın romantik münasibətləri 2015-ci ildə başlayıb. Həmin zaman aktrisa doğum günü ərəfəsində oğlunun fotolarını çəkmək üçün Bryan ilə əməkdaşlıq edirdi. Onlar Bryan-ın bir övladı və Bullock-ın övladlığa götürdüyü 2 nəfəri birlikdə böyüdüblər. Qeyd edilir ki, Bryan həmişə Bullock-a qarşı nəzakətli olub və aktrisa əvvəlki müsahibələrində eyni xüsusiyyəti də övladlarında görməyi arzuladığını demişdi. Onların uzunmüddətli münasibəti isə 2022-ci ildə sona çatmışdı. 

Əlavə edək ki, fotoqrafın ailəsi Bryan-ın vəfatından sonra ALS-dən əziyyət çəkən şəxslərə kömək üçün xeyriyyə yardımı ayıracaqlarını elan ediblər. 

You may also like