Mədəniyyət

“Sanki yoxsan” filmi ötən il uğurlu festival həyatı yaşayıb

Rejissor Azər Quliyevin “Sanki yoxsan” adlı qısametrajlı bədii filmi ötən il bir sıra müvəffəqiyyətli festival təcrübələri yaşamışdır.

Uvertura.az Azərtac-a istinadən xəbər verir ki, bu film beynəlxalq festivalların müsabiqə proqramlarında nümayiş etdirilmişdir.

Film, may ayında 77-ci Kann Beynəlxalq Film Festivalında (Fransa) qısametrajlı filmlər kateqoriyasında təqdim edilib və həm qonaqlar, həm də kino tənqidçiləri tərəfindən maraqla qarşılanıb. Daha sonra avqust ayında, 30-cu Sarayevo Film Festivalında (Bosniya və Herseqovina) əsas proqramda nümayiş olunub.

Filmin rejissoru və ssenari müəllifi (Nicat Muxtarovla birlikdə) Azər Quliyevdir. Rollarda Milana Həsənova, Oktay Mehdiyev və Elşən Məmmədov çıxış ediblər.

You may also like