Uveruta.az Maya.news-ə istinadən xəbər verir ki, tapılan sarkofaq, orta əsrlərdə baş verən zəlzələlər və sunamilər nəticəsində allüviumlarla örtülüb. Mütəxəssislərin fikrincə, bu sarkofaq, Şaxta Baba personajının yaranmasına ilham verən Əziz Nikolasla əlaqəli ola bilər.
Hazırda sarkofaqın yalnız qapaq hissəsi üzə çıxarılıb, digər hissələrinin torpaq qatlarından təmizlənməsi üçün işlər davam edir.
Qeyd edək ki, Əziz Nikolasın Antalyanın Kaş qəsəbəsinə yaxın olan antik Patara şəhərində doğulduğu güman edilir. Daha sonra isə o, indi Demre adlanan qədim Myra şəhərinə gedib və gənc yaşlarda yepiskop vəzifəsini icra edib. Rəvayətlərə görə, Əziz Nikolas xüsusilə uşaqların, yoxsulların, səyyahların və dənizin qoruyucusu olub.