29 yaşlı, kanalında 139.000 abunəçi olan amerikalı “youtuber” Trevor Jacob 2021-ci ilin dekabrın 23-də “Mənim təyyarəm qəzaya uğradı” başlıqlı video paylaşmışdı.
Uvertüra.az NBC News TV-yə istinadən xəbər verir ki, həmin zaman isə 13 dəqiqədən ibarət olan videoya 2.9 milyon nəfər baxış gəlmişdi, hazırda isə bu rəqəm 3.6 milyondur.
“YouTuber” uzun zamandır davam edən leqal çəkişmələrdən sonra qəbul edib ki, o bu qəzanı bilərəkdən, reklam razılaşması çərçivəsində baxışları artırmaq üçün edib. Videonu isə araşdıran zaman məlum olub ki, təyyarənin qapısı əvvəlcədən açıq olub, ondan atlayan zaman isə üstündə paraşüt olub.
Rəsmi dairələrdən isə qeyd edirlər ki, hazırda “youtuber”u 20 il müddətində həbs cəzası gözləyə bilər.