Sentyabrın 15-i Azərbaycanda Bilik Günüdür. Bu əlamətdar gün Prezident İlham Əliyevin 2004-cü il 21avqust tarixli Fərmanına əsasən təsis edilib. Fərmana əsasən, ölkəmizin bütün təhsil müəssisələrində dərslər sentyabrın 15-də başlanır.
Uvertura.az xəbər verir ki, sentyabrın 15-də ümumi təhsil müəssisələrində ilk dərs “Konstitusiya və Suverenlik İli”nə həsr olunacaq.
Yeni tədris ilində ölkə üzrə I siniflərə 132 min 261, məktəbəhazırlıq qruplarına isə 89 min uşaq qəbul olunub.
2025–2026-cı tədris ilində ümumilikdə 1,6 milyon şagirdin təhsil alacağı proqnozlaşdırılır. Onların 130 mindən çoxu birinci sinifdə, 552 mini ibtidai, 796 mini ümumi orta, 246 mini isə tam orta təhsil səviyyəsində oxuyacaq.