Türkiyədə qanunsuz mərc oyunlarında iştiraka görə mühakimə olunan müğənni Serdar Ortaça məhkəmə hökmü oxunub.
Uvertura.az Türkiyə mediasına istinadən xəbər verir ki, məhkəmə Serdar Ortaçın 10 ay həbs və 400 min lirə (18 640 manat) məbləğində pul cəzası kəsib. Lakin cəzanın icrası təxirə salınıb.
Müğənni məhkəmədəki ifadəsində aylıq 500 min lirə gəlir əldə etdiyini və verilən pul cəzasını ödəyəcəyini qeyd edib. Bundan əvvəl verilmiş ev dustaqlığı qərarı isə ləğv edilib.