Beynəlxalq Muğam Mərkəzində şairə Sevinc Çılğının “Adagio” adlı sənət gecəsi keçirilib.
Uvertura.az xəbər verir ki, gecədə Xalq artisti İlqar Muradov, Əməkdar artistlər Gülüstan Əliyeva, Dilarə Əliyeva, müğənnilər Ayaz Qasımov, Vüsal Hacıyev, Pərviz Abdullayev, Zabitə Əliyeva, Nazim Məmmədov, Orxan Bağırov, Fidan Süleymanova, Təranə Ocaqverdiyeva, Natəvan Qeybani və digər qonaqlar çıxış ediblər.
Muğam Mərkəzinin foyesində şairənin yeni “Adagio” kitabının təqdimatı da baş tutub.