Hadise, keçmiş sevgilisi Sinan Akçılın “O Ses Türkiye”də münsif olmasının qarşısını alıb.
Uvertura.az xəbər verir ki , Sinan Akçıl buna öz reaksiyasını bildirib: “Vay, illərdir bitməyən nə qara sevda imiş”
Qeyd edək ki, Sinan Akçılın “O Ses Türkiye”də münsif olacağı iddiaları gündəmə gəlmişdi. Lakin məlum olub ki, Hadise keçmiş sevgilisinin bu proqramda iştirak etməməsi üçün müqaviləyə xüsusi bir maddə əlavə etdirib. Bu addımla Hadise, Sinan Akçılın münsiflər heyətinin üzvü olmasının qarşısını alıb.