Ceyda Düvencinin aparıcılıq etdiyi “Bambaşka sohbetler” proqramında qonaq olan müğənni özəl həyatı ilə bağlı danışıb.
Uvertura.az xəbər verir ki, o, sənəti ilə yanaşı iki dəfə evlənib-boşandığı model-aktrisa Burcu Kıratlı ilə münasibətlərindən də söz açıb: “Mühafizəkar adamam. Keçmiş həyat yoldaşım Burcu Kıratlının Amsterdamda geyindiyi gəlinliyə görə çox narahat olmuşdum. Toy gününə qədər gəlinliyi görməmişdim. Mənə görə çox açıq idi. Həyatımdakı qadınların belə açıq-saçıq geyinmələrinin əleyhinəyəm.
Eyni insanla iki dəfə evləndim. Biri 5, digəri 8 ay çəkdi. İlkində boşanmağı mən istəmişdim. Amma boşandıqdan sonra qəribə bir boşluq hiss etdim və dedim ki, bu qızla yenidən evlənməliyəm. Mən plan qurdum, dostlarımın sayəsində 12 gündən sonra həll etdik. Plan qurub onu qaçırdım. Hoteldən otaq sifariş etdim, səhərə qədər orada danışdıq, sonra yenidən sevgili olmağa başladıq. Burcu dedi ki, evlənək”.