Aktrisa Sofia Vergara və həmkarı Joe Manganiello 7 illik evliliklərinə son qoyublar. Onlar birgə açıqlama yayıblar.
Uvertura.az xəbər verir ki, açıqlamada bildirilir ki, “biz ayrılmaqla bağlı çətin qərar qəbul etmişik”.
Qeyd edək ki, bu açıqlama isə Sofia İtaliyada dostları ilə 51 yaşını qeyd etdikdən sonra gəlib. Həmin zaman Sofia “Instagram”da dostları ilə fotolar paylaşırdı, ancaq Joe Manganiello orada yox idi. Ancaq Joe onu ad günü ilə bağlı təbrik etmişdi və şərh yazmışdı.