Uvertüra.az Şöhlət Əfşarın oğullarına həsr etdiyi “ATA NƏSİHƏTİ” şeirini təqdim edir.
Ey oğul, diqqət et bu dünyaya sən,
Həyat fəlsəfəsin dərk eləyəsən.
Oxu, hər bir elmə talib ol ki, sən,
Dünyanın işini yaxşı biləsən.Daima fırlanır bu çərxi-dövran,
Dayanmaz nə külək, bulud, Günəş, Ay.
Fərmandadır onlar hər an, hər zaman,
Odur ki, gecikməz payız, qış, yaz, yay.Dərk etmək istəsən bu hikmətləri,
Keçirmə qəflətdə oğul, vaxtını.
Bilik dəryasına baş vur ki, müdam,
Fəth edə biləsən elmin taxtını.İstəsən ki, könül torpağında sən
Bir kamal bağçası salasan əgər
Onu sirab elə alın tərindən,
Çəkdiyin zəhmətlər getməsin hədər.Sevgiylə torpağı dırmala, ov, ǝz,
Oraya mərhəmət, şəfqət gülü səp.
Kamal bağçasında ehtiramla gaz,
Üzüb iman gülün, məhəbbətlə öp.Ağılın qüdrətin göstər orada,
Qoy elmin, axlaqın tocolla etsin.
Təvazökar ol ki, olsan da harda,
Adın könüllərdə, dillərdə bitsin.İbtidası palçıq, üfunətli gil
Güllə həmyar olsa, anbar qoxuyar.
Hər kim kitablarla olarsa həmdil,
Dilindən dürr tökər, inci toxuyar.