Martın 1-də Azərbaycan Yazıçılar və Jurnalistlər birliyinin üzvü, şair, publisist Şöhlət Əfşarın 75 illiyi münasibətilə tədbir keçirilib.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə akademik Yaqub Mahmudov və professor Əyyub Əzizov Şöhlət Əfşarın yaradıcılığından söz açaraq onunla bağlı xatirələrini bölüşüblər. “Şöhlət Əfşar Nadir şah Əfşar nəslinin davamçısıdır.
Akademik Sabir Tağıyev, deputat Tahir Rzayev, şairlərdən Tapdıq Əlibəyli, Musa Ələkbərli, yazıçı Bəxtiyar Qaraca, professorlar Qulu Məhərrəmli, Qurban Bayram və Əməkdar müəllim Qəzənfər Abbasovun iştirak etdikləri mərasimdə şairin şeirləri səslənidirilib.
Tədbir çərçivəsində “Balans Medianın” Şöhlət Əfşara həsr etdiyi “Sükutdan asılan şair” adlı sənədli film nümayiş olunub. Filmdə Ş.Əfşarın bədii yaradıcılığının müxtəlif illərinə, ziyalı şəxsiyyətinə, habelə şəxsi həyatına işıq salınıb. Şairin ailə üzvləri, yaxınları, sənət adamları onun haqqında fikirlərini bölüşüblər.
Ekran əsərinin ssenari müəllifi və rejissoru Azərbaycan Televiziyasının əməkdaşı Gülüstan Əkbər, quruluşçu operatoru Cavid Şərifov, montaj rejissoru Əhməd Heybətov, redaktoru Ramin Paşazadədir.