Şöhlət Əfşar məna şairidir, bundan öncəki bir çox məqaləmizi ziyarət etdikdə, onun necə anlamı dərin mövzulara toxunduğunu istənilən oxucu hiss edə bilir. Bu dəfə biz sizə Şöhlət Əfşarın mistik mənalı şeirlərindən birini təqdim etmək istəyirik.
O bu dünyanı görürdü, duyurdu və hiss edirdi. Hadisələri, hadisələrin hansı səmtdə cərəyan etməsini, bəşəriyyətin sevincini, kədərini bir şair kimi qələmə almağı Şöhlət Əfşar özünə borc bilirdi.
Şair yaradanı tanıyırdı, bilirdi ki, bu dünya tək deyil, özü-özündən yaranmayıb. Çoxuna görə mistika belə olsa, şairə agah idi ki, bu dünyanın həqiqi bir sahibi, söz deyəni var. Koronavirus dönəmində yazdığı şeir, bu səpgidən böyük əhəmiyyət kəsb edir. Şeirdə dərin səpgili mənalar- dünyanın yaranması, bəşəriyyətin xeyir və şər üzərində daimi mübarizəsi əks olunub.
Virusun qara dönəmlərini bir çoxumuz xatırlayırıq. Neçə-neçə canlar aldı bizdən koronavirus, saysız-hesabsız ölüm xəbərləri yaxınlarımızı itirmə qorxusunu hər saniyə bizə yaşatdı. Şöhlət Əfşar virusla bağlı çox gözəl vurğulayır və kiçik bir virusla dünyanın bacara bilməməsindən yazaraq, neçə-neçə təbibləri ələ salan virusun, bu həyatda bizə görməzdən gəldiyimiz bir çox məsələnin önəmini xatırlatdığını ətraflı şəkildə izah edir.
Xoş oxumalar….