“Speys” telekanalında yayımlanan “Tarixin bir günü” verilişində meyxanaçı Rəşad Dağlının ad gününün qeyd olunması ətrafında müzakirələr davam edir.
Uvertura.az xəbər verir ki, həmin yayımla bağlı Audiovizual Şura tərəfindən “Speys” telekanalına rəsmi xəbərdarlıq edilib. Bundan sonra verilişin aparıcısı Tarix Əliyev (Tolik) sosial media hesabında paylaşım edərək, verilişin bağlansa belə, bu addıma görə peşman olmadığını bildirib.
Yazıçı Kəramət Böyükçöl də sosial şəbəkədə məsələyə münasibət bildirib. O, paylaşımında yazıb:“Demək, Tolik Sepeysdə veriliş aparır. Verilişində Rəşad Dağlıya ad günü keçirib. Rəşad da cinayət törədib həbsə düşmüş adam olduğuna görə Tolikə rəsmi xəbərdarlıq olub ki, bəs bir də belə bir şey eləsən, verilişini bağlayacağıq. Tolik də açıqlama verib ki, təki mənim verilişim şairə görə bağlansın, pozğunlara görə yox. Rəylərdə də nə qədər adam yazır ki, halal olsun, Tolik. Kişi adamsan. Çox təhlükəli bir cəmiyyətdə yaşayırıq. Soxhasoxda Tolik də kişi oldu.”