Əziz şairimiz Şöhlət Əfşarın dərin mənalı sözləri ilə yazılmış yeni mahnı, tanınmış müğənnimiz Azərin tərəfindən ifa edilərək dijital platformalarda yayımlanmağa hazırdır.
Bununlada dinləyicilər həm musiqinin, həm də sözlərin harmoniyasını hiss edəcəklər.
Uvertura.az xəbər verir ki, mahnı 29 Mart tarixindən etibarən dijital platformalarda yayımlanacaq. Hər iki sənətçinin yaradıcı enerjisinin birləşməsi ilə ortaya çıxan bu möhtəşəm iş, musiqi dünyasına səs gətirəcək.
Qeyd edək ki, mahnının musiqisi Zümrüd Tağızadəyə aiddir.
Yeni mahnının yayılmasına bir addım qalmış, dinləyicilər həyəcanla gözləyir. Dinləmək üçün üçün hazır olun!