Notice: Function _load_textdomain_just_in_time was called incorrectly. Translation loading for the nano domain was triggered too early. This is usually an indicator for some code in the plugin or theme running too early. Translations should be loaded at the init action or later. Please see Debugging in WordPress for more information. (This message was added in version 6.7.0.) in /home/uvertura/public_html/wp-includes/functions.php on line 6114
Yazıçı Əlabbas Bağırovun yeni kitabı çap olunub – Uvertura.az
Sammy Sins official pornstar page https://pornlux.com/pornstar/sammy-sins. https://apotekdansk.com/ https://farmaciamillefolia.ro/

Tangiers Casino offers an unbeatable gaming experience! Dive into the thrill at Tangiers Casino, where endless fun awaits. With countless games and amazing bonuses, Tangiers Casino is your number one destination. Don't miss out on the excitement

Все новые игроки которые используют промокод 1вин при регистрации аккаунта получают приветственный бонус 500% до 200 000 рублей. Новые игроки получают от 1xbet поощрение – бонус при регистрации. Просто используйте промокод 1xbet и вы получите бонус 100% до 32500 рублей. Entrez le code promo 1xbet bénin un bonus VIP pour parier sur le sport de 169000 XOF ou pour le casino de 1950€ + 150 Tours Gratuits. https://bet-andreas-az.com/ https://bunafarmacie.ro/
Ədəbiyyat

Yazıçı Əlabbas Bağırovun yeni kitabı çap olunub

  Ədəbiyyatımız yeni kitablarla zənginləşir. Bu, yazıçının on beşinci kitabıdır. Tanınmış ədəbiyyatşünas Məti Osmanoğlunun ön sözü ilə işıq üzü görən kitab yaxın günlərdə ictimaiyyətə təqdim ediləcək. Əlabbas Bağırov 1980-ci illərdən etibarən ədəbi mühitdə tanınmağa başlayıb. Yazıçı onlarla hekayənin, “Qiyamçı” və “Qaraqovaq çölləri” kimi məşhur romanların müəllifidir. “Mən Qarateli sevirdim” və “Dağların duman çağı” isə onun … Continue reading Yazıçı Əlabbas Bağırovun yeni kitabı çap olunub

 

Ədəbiyyatımız yeni kitablarla zənginləşir.

Bu, yazıçının on beşinci kitabıdır. Tanınmış ədəbiyyatşünas Məti Osmanoğlunun ön sözü ilə işıq üzü görən kitab yaxın günlərdə ictimaiyyətə təqdim ediləcək.

Əlabbas Bağırov 1980-ci illərdən etibarən ədəbi mühitdə tanınmağa başlayıb. Yazıçı onlarla hekayənin, “Qiyamçı” və “Qaraqovaq çölləri” kimi məşhur romanların müəllifidir. “Mən Qarateli sevirdim” və “Dağların duman çağı” isə onun publisistik yazılarının toplandığı kitablardır. Əsərləri ingilis, türk, qazax, özbək, qırğız, rus, gürcü və fars dillərinə tərcümə olunub.

Ankarada işıq üzü görmüş “Köçəri quşların nəğməsi” adlı kitabda yazıçının müxtəlif illərdə qələmə aldığı beş povest yer alıb.

Ədəbi yaradıcılığa 1979-cu ildə povestlə (“Köhnə kişi”) başlasa da, ilk mətbu əsəri 1981-ci ildə “Ulduz” jurnalında işıq üzü görən “Kişilik” hekayəsi olmuşdur. Həmin dövrdən başlayaraq hekayə, povest və romanları müntəzəm olaraq ədəbi orqanlarda çap olunmuşdur. 80-ci illərdə daha bir neçə hekayəsi gün işığına çıxsa da, onun bir yazıçı olaraq ədəbi uğuru daha çox Azərbaycan poetik nəsrinin ən gözəl örnəklərindən sayılan, lakin qələmə alındığı vaxtdan (1979–1980) doqquz il sonra (1989) “Azərbaycan” jurnalında işıq üzü görən “Köhnə kişi” povesti ilə bağlıdır. Bu əsər onun yaradıcılıq pasportu oldu. Bir-birinin ardınca “Gəlin ayaqqabısı”, “Dərd”, “Doğma ocaq”, “Başdaşı”, “Muştuluq”, “Yağış”, “Başsağlığı” kimi yaddaqalan hekayələri araya-ərsəyə gəldi.

Erkən yaşlarında yazdığı “Gözmuncuğu”, “Gümüşü gecələr” və “Güdaz” povestləri ədəbi tənqid tərəfindən tək müəllifinin deyil, bütöv Azərbaycan ədəbiyyatının uğuru kimi dəyərləndirildi. Bu əsərlərdə diqqətçəkən canlı və real təsvirlər, sərrast müşahidə, zəngin psixoloji detallar və cilalanmış dil müəllifin sonrakı əsərlərində də yüksələn xətt üzrə davam etdi. Əsərdən-əsərə daha da təkmilləşən bu cür yazı texnologiyası özünün kamal nöqtəsinə “Qiyamçı” (2004) romanında çatdı.

Çoxşaxəli və əlvan süjet xəttinə malik “Qiyamçı” rəngarəng obrazlar aləmi, lirik psixologizmi, zəngin dili və poetik ruhu ilə dərhal ədəbi ictimaiyyətin diqqət mərkəzinə düşdü. Vətənpərvərlik mövzusunda yazılan ən yaxşı əsər kimi Birinci Milli Kitab Müsabiqəsinin xüsusi mükafatına layiq görüldü. Əsərdə Qarabağ hadisələrindən xeyli əvvəl tərk edilmiş ucqar sərhəd kəndində on il tək-tənha yaşayan, dağlar kimi qalı

n-qayım, sərt və inadkar Təbrizin – Ağ Gədiyin ramolunmaz bəbirinin başına gələn qəribə əhvalatlardan söhbət açılır. Real bədii zəmini olan yarımifik olaylar müəllifin xarabazara çevrilmiş Əyriqarın timsalında təsvir etdiyi kəndlərə söylədiyi ağıdı.

2000-ci illərin ədəbi məhsulu olan “Qaraqovaq çölləri” romanının əsas qəhrəmanı Əfsunun simasında Qarabağ müharibəsinin iştirakçısı, döyüşlərdə müstəsna şücaətlər göstərən və son taleyi bu gün də müəmmalı olaraq qalan Natiq Qasımovun obrazı yaradılmışdır. Özünü ədəbi taleyinin və həyat dramının Tanrı ilə həmşərik müəllifi hesab edən Əlabbas bu əsərində yaşamaq haqqı əlindən alınanların müdafiəçisi kimi çıxış edir. Əsər milli-mənəvi dəyərlərimizi məhv etmək yolu tutanlara, Qarabağ müharibəsinin iştirakçılarına nadan, gülünc və amansız münasibət sərgiləyənlərə yazıçı qismində bir ziyalının qaldırdığı etiraz səsidi. Əsər özü ilə həm “mənəviyyatın çölləşməsi” ifadəsini, həm də müəllif barədə sıx-sıx işlədilən Azərbaycan psixoloji nəsrinin ustası və ən parlaq nümayəndəsi fikrini gündəmə gətirdi. Əlabbas tək dil və üslub xüsusiyyətləri ilə deyil, eyni zamanda bədii və ictimai dəyəri ilə seçılən “İkinci oğul” povesti, “Gözəl”, “Halal qan”, “Gecəyarı hadisə”, “Küçə”, “Şəhər”, “Mərənd ölüsü”, “Gəlin”, “Qul”, “Arvanada dəfn”, “Ovçu”, “Yük”, “Şəbi-hicran”, “Tapdıq”, “Yolda adam” və digər yaddaqalan hekayələrin müəllifi kimi də tanınır. O həmçinin xeyli sayda kiçik hekayə, esse və müniatürlərin də müəllifidir. Povest və hekayələri türk, özbək, fars, qırğız, rus, gürcü və ingilis dillərinə tərcümə olunub.

Leave a Comment

Your email address will not be published.

You may also like