Mədəniyyət

“Şükriyyə” tamaşası Gürcüstanda nümayiş etdirilib

Yazıçı Cavid Zeynallının eyni adlı əsəri əsasında səhnələşdirilmiş “Şükriyyə” tamaşası Gürcüstanın Şota Rustaveli adına Milli Dram Teatrının böyük səhnəsində nümayiş olunub.

Uvertura.az xəbər verir ki, səhnə əsəri Akademik Milli Dram Teatrının Tbilisiyə qastrol səfəri çərçivəsində, Azərbaycan və Gürcüstanın Mədəniyyət nazirliklərinin dəstəyi ilə təqdim edilib.

Tamaşa gürcü dilində subtitrlərlə göstərilib. Tədbirdə Azərbaycanın Gürcüstandakı səfirliyinin nümayəndələri, Gürcüstanın mədəniyyət nazirinin müavini Giorgi Mirtsxulava, Xalq artisti, Teatr Xadimləri İttifaqının sədri Hacı İsmayılov, azərbaycanlı icmanın üzvləri, ziyalılar və mədəniyyət xadimləri iştirak ediblər. Eyni zamanda Gürcüstanın tanınmış teatr nümayəndələri – Robert Sturua və Davit Uplisaşvili də tamaşanı izləyənlər sırasında olublar.

You may also like