Gəncliyə Yardım Fondunda bədii qiraətçi, şairə Müşfiqə Baləddinin “Sükutun səsi” adlı ədəbi-musiqili tədbiri keçirilib.
Uvertura.az xəbər verir ki, Dünya Gənc Türk Yazarlar Birliyinin təşkil etdiyi tədbirdə əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Xalq şairi, Milli Məclisin deputatı Sabir Rüstəmxanlı, Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid, Əməkdar incəsənət xadimi Baba Vəziroğlu, Azərbaycanın Yazıçılar Birliyinin (AYB) Türkiyə təmsilçisi İmdad Avşar, AYB Quba regional bölməsinin sədri şair Ramiz Qusarçaylı, Milli Məclisin Mədəniyyət komitəsinin eksperti Əkbər Qoşalı, Xalq artistləri Eldost Bayram, Xalidə Quliyeva, şairə Kəmalə Abıyeva və digər söz adamları iştirak ediblər.
Mədəniyyət xadimlərinin çıxışlarında gənc yazar-qiraətçi Müşfiqə Baləddin haqqında fikirlər yer alıb.
Daha sonra Dünya Gənc Türk Yazarlar Birliyinin başçısı İntiqam Yaşar çıxış edərək tədbirin əhəmiyyətini və davamlı olmasının vacibliyini diqqətə çatdırıb.
M.Baləddin, Anar Atakişi, Rəşad Mikayılov, Elman Baxşı müxtəlif nəsillərə mənsub şairlərin şeirlərini səsləndirib, kiçik bədii kompozisiyalar təqdim ediblər.