Sumqayıt şəhərinin 75 illik yubileyi ilə əlaqədar möhtəşəm konsert və atəşfəşanlıq keçiriləcək.
Uvertura.az Report-a istinadən xəbər verir ki, tədbir noyabrın 26-da saat 18:00-da Sumqayıt şəhər İcra Hakimiyyətinin qarşısındakı meydanda təşkil olunacaq.
Konsertdə Azərbaycanın məşhur müğənniləri çıxış edəcəklər.
Qeyd edək ki, Sumqayıt 1949-cu ilin noyabrın 22-də şəhər statusu alıb. Sonrakı illərdə şəhər sürətli inkişaf yolu keçərək Cənubi Qafqazın ən böyük ikinci sənaye mərkəzinə çevrilib. Böyük sənaye müəssisələrinin və müvafiq infrastrukturun yaradılması şəhərin mədəniyyət, elm, təhsil, səhiyyə, idman və digər sahələrdə irəliləyişinə mühüm təsir göstərib.
75 illik yubiley münasibətilə şəhərin əsas küçə və prospektlərində xüsusi işıqlandırma sistemləri quraşdırılıb, parklar, mərkəzi meydanlar və digər ictimai məkanlar yeni dekorativ elementlərlə bəzədilib.