Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin təşkilatçılığı ilə Şuşa ilə qardaşlaşmış Xivə şəhərində “Şuşa günləri” keçirilib.
Dövlət Qoruğu İdarəsindən Uvertura.az-a bildirilib ki, keçirilən tədbirlər çərçivəsində Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimov Xivə şəhərinin hakimi Temur Davletovla görüşüb, qardaşlaşmış iki şəhərin münasibətlərinin daha da möhkəmlənməsi, elm, mədəniyyət, yaradıcılıq sahəsində əlaqələrin inkişafı, təcrübə mübadiləsinin əhəmiyyəti barədə müzakirələr aparıb, sonra tarixi “İçən Qala” ərazisində şəhər gəzintisinə çıxıblar.