Mədəniyyət

Şuşada TÜRKSOY-a üzv ölkələrin Dövlət Teatrları Rəhbərləri Şurasının toplantısı yekunlaşıb

Şuşada keçirilən TÜRKSOY-a üzv ölkələrin Dövlət Teatrları Rəhbərləri Şurasının 9-cu iclası yekunlaşıb.

Uvertura.az yerli mediaya istinadən xəbər verir ki, toplantı Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə, Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsinə, Azərbaycan peşəkar milli teatrının yaradılmasının 150 və TÜRKSOY-un 30 illik yubileylərinə həsr olunub.

Müzakirələr zamanı ölkələr arasında teatr sektoruna dair əməkdaşlıqların edilməsinin zəruriliyi vurğulanıb.

Müzakirələr bitdikdən sonra tərəflər toplantının “Yekun bəyannaməsi”ni imzalayıblar.

You may also like